AZ

İran: ABŞ xalqından həqiqətləri gizlədir

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

ABŞ Silahlı Qüvvələri İrana qarşı təcavüz zamanı ölənlərin və yaralananların real sayını gizlədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bəyanat verib.

"Sizin yanlış siyasətiniz üzündən amerikalı əsgərlər hər gün başlatdığınız müharibədə həlak olur və öz qanlarına qərq olurlar. Siz isə müharibə xəbərlərini sərt şəkildə senzura edərək, Amerika xalqına və onların ailələrinə ölənlərin və yaralananların real statistikasını verməkdən qaçırsınız. Əgər sizin cinayətkar ordunuz ölənlər və yaralananlar barədə real məlumatları vaxtında və dəqiq təqdim etsəydi, qorxaq ordunuzun dağılması və əsgərlərin komandirlərə itaətsizliyi ilə yanaşı, həm də öz xalqınızın qətiyyətli müqaviməti ilə üzləşərdiniz. Amerika xalqı öz övladlarını ölümə göndərməyinizə imkan verməzdi", — deyə Zülfüqari brifinq zamanı bildirib. Onun sözlərini "Tasnim" agentliyi sitat gətirir.

"Siyasətçilər! Xüsusilə də Amerikanın düşüncəsiz prezidenti **Donald Tramp**! Siz media sirki vasitəsilə qüdrətli İrana qarşı bu müharibədə və təcavüzdə uğur qazana bilməyəcəksiniz", — deyə o əlavə edib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

2Mənbələr