AZ

Türkiyədə KRİTİK görüş - kəşfiyyat şefi nələri müzakirə edib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüş keçirib.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən bildirir. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, görüşdə İsrailin Fələstində davam edən hücumları və digər məsələlər müzakirə edilib.
Müzakirələr zamanı başda Qüds olmaqla, bütün bölgəni alovlandırmaq məqsədi daşıyan İsrailin işğal və sabitliyi pozma siyasətlərinə qarşı birliyin vacibliyi vurğulanıb və heç bir uğursuzluğa icazə verilməyəcəyi bildirilib. Qəzza atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı da ətraflı qiymətləndirmələr aparılıb. Görüşdə ilk növbədə hücumların dayandırılması və humanitar yardımın daxil olmasına icazə verilməsi ilə yanaşı, İsrailin birinci mərhələ ilə bağlı yerinə yetirilməmiş öhdəliklərini dərhal yerinə yetirməsinin vacibliyi vurğulanıb.
Müzakirə həmçinin, İordan çayının qərb sahilində son zamanlar artan məskunlaşma terroru və məskunlaşma fəaliyyətləri, eləcə də İsrail təhlükəsizlik qüvvələrinin fələstinlilərə qarşı təzyiqlərinə qarşı görülə biləcək tədbirlərə toxunub. Məlumata görə, HƏMAS nümayəndə heyəti Türkiyənin Qəzzada sülhün əldə edilməsi üçün göstərdiyi səylərə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Musavat.com

Seçilən
81
musavat.com

1Mənbələr