AZ

Anasını öldürən oğula cinayət işi açıldı

Martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə NOCOMMENT.az-a Ağdaş rayon Prokuroluğundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Məlumata görə, Anaxanım Əbilovanı qətlə yetirməkdə şübhəli bilinən Rahib Əbilov mərhumun oğludur.

Seçilən
91
8
nocomment.az

10Mənbələr