Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.
"Ölkə.az" xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları naziri inzibati məsuliyyətə cəlb ediblər.
Faktla bağlı protokol tərtib edilib. 3000 som (təxminən 60 manat - red.) cərimə tam ödənilib.
"Daxili işlər orqanları hüquq normalarına riayət olunmasını və qanun qarşısında hər kəsin bərabərliyi prinsipini ardıcıl olaraq təmin edir", - Daxili İşlər Nazirliyidən (XİN) qeyd edilib.
Daha əvvəl sosial şəbəkələrdə Bişkekin Köhnə meydanında ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbir zamanı DİN rəhbərinin ictimai yerdə siqaret çəkdiyini göstərən video yayılmışdı.