AZ

Ukrayna ordusu Rusiyanın yanacaq enerji infrastrukturlarına hava zərbələri endirib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev, 23 mart, AZƏRTAC

Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasındakı vacib yanacaq-enerji infrastruktur obyektlərinə zərbələr endirib. Xüsusilə, Transneft-Primorsk Limanı neft terminalı və Başneft-Ufaneftexim neft emalı zavoduna hava zərbələri endirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti “Telegram”da məlumat verib.

"Dünən və martın 23-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasındakı vacib yanacaq-enerji infrastruktur obyektlərinə zərbələr endirib. Xüsusilə, Transneft-Primorsk Limanı neft terminalına (Primorsk, Leninqrad vilayəti) zərbə endirilib. İlkin məlumata görə, həm çən parkına, həm də neft yükləmə infrastrukturuna ziyan dəyib. Obyektdə yanğın baş verdiyi təsdiqlənib", - deyə açıqlamada bildirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
5
azertag.az

6Mənbələr