AZ

Atamı itirən günün səhəri başa düşdüm ki, BÖYÜMÜŞƏM

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müğənni Nəsimi Məmmədov səmimi etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı həyatının ən çətin dönəmlərindən birini xatırlayaraq izləyicilərlə duyğularını bölüşüb.

O, bildirib ki, 2007-ci ildə - cəmi 19 yaşı olarkən atasını itirməsi onun həyatında dönüş nöqtəsi olub:

"Kədərli olsa da, 2007-ci ildən, yəni 19 yaşımda atamı itirəndən sonra artıq böyüdüyümü anladım. O vaxta qədər müəyyən ərköyünlük var idi. Həmin vaxt səhəri gün başa düşdüm ki, böyümüşəm. Çətinlik ayrı bir mövzudur, onsuz qalmaq isə tamam başqa hissdir. Hər kəsin həyatında dönüş nöqtəsi olur", - deyə sənətçi qeyd edib.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə izləyiciləri kövrəldib. Bir çoxları onun səmimiliyini yüksək qiymətləndirərək, həyatın çətin anlarının insanı daha tez yetkinləşdirdiyini vurğulayıblar.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
50
news.milli.az

10Mənbələr