Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Şüvüllə tullanma üzrə ikiqat olimpiya və üçqat dünya çempionu Arman Düplantis Polşada qapalı məkanda keçirilən dünya çempionatında növbəti möhtəşəm uğura imza atıb.İsveçli atlet 6,25 metr hündürlüyü dəf edərək həm qızıl medal qazanıb, həm də qapalı məkanlar üçün yeni dünya rekordu müəyyənləşdirib. 2-ci yeri yunanıstanlı Emmanuil Karalis (6,05 metr), 3-cü yeri avstraliyalı Kertis Marşall (6,00 metr) tutub.Bu, Arman Düplantisin karyerası ərzində müəyyənləşdirdiyi ilk rekord deyil. O, bir müddət əvvəl mövsümöncəsi keçirilən “Mondo Classic - 2026” turnirində 6,31 metr hündürlüyə tullanaraq karyerasında 15-ci dəfə dünya rekordunu yeniləmişdi. Hazırda 26 yaşlı atletin əsas hədəfi özünə məxsus olan bu tarixi nəticələri daha da yaxşılaşdırmaqdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.