AZ

Neft kəskin ucuzlaşır

ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamalarından sonra neft qiymətləri 10%-dən çox ucuzlaşıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 15,09 dollar (13,45%) azalaraq bir barel üçün 97,1 dollara düşüb.

Eyni zamanda, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin may fyuçersləri 11,77 dollar (11,98%) ucuzlaşaraq 86,46 dollar/barel səviyyəsinə enib.

Xatırladaq ki, ötən həftə ərzində Brent nefti 8,8% bahalaşdığı halda, WTI nefti 0,4% ucuzlaşıb. ABŞ-nin strateji ehtiyatlardan neft buraxmağa başlaması nəticəsində iki marka arasındakı qiymət fərqi son illərin maksimumuna çatıb.  

Seçilən
43
43
unikal.az

10Mənbələr