AZ

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

2025-ci ildə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 20 milyon 738 min ABŞ dolları təşkil edib.

Bu, 2024-cü illə müqayisədə 43,8 % çoxdur.

Hesabat dövründə Azərbaycandan BƏƏ-yə daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 2,7 %-dən 4,1 %-ə qalxıb.

İl ərzində BƏƏ-dən Azərbaycana isə fiziki şəxslər 42 milyon 127 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 33 % çoxdur.

Hesabat dövründə BƏƏ-dən Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 2,9 %-dən 3,6 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.

Seçilən
14
20
anews.az

10Mənbələr