"Kasıb sözünü sevmirəm, amma kasıb düşüncəni qınayıram".
Bu sözləri aktyor Fərda Xudaverdiyev "Qapqara" yutub layihəsində deyib.
Yumor ustası kasıb-varlı ayrıseçkiliyindən danışıb:
""Selfinaz 2" şousunda bu zarafatı demişdim: Baxırsan pulu var, amma ruhda kasıbdır. Kasıb həmişə tələsir. Yemək yeyəndə, çayı fikirləşir ki, samovar çayı içəcəyəm. Çayı içəndə düşünür, çıxıb çöldə qəlyan çəkəcəyəm. Qəlyan çəkə-çəkə deyir, durub oynayacağam. O qədər hər şeyə tələsir ki, Allah belə onu tutub ruzi vura bilmir. Dua edəndə də bitirməmiş fikirləşir ki, bəs hanı mənim ruzim?" (Axşam.az)