AZ

Ronaldo belə bərpa olunur Şəkillər

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ronaldo belə bərpa olunur - Şəkillər

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo aldığı zədədən sonra bərpa prosesinin necə getdiyini azarkeşləri ilə bölüşüb.

QOL.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu özünün X səhifəsində idman zalından fotolar paylaşaraq "Hər keçən gün daha yaxşıya doğru" şərhini yazıb.

Xatırladaq ki, Ronaldo Səudiyyə Pro Liqasının "Əl-Feyha" ilə matçında (3:1) zədələnərək müalicə üçün İspaniyanın Madrid şəhərinə yollanıb. Cari mövsümdə təcrübəli forvard paytaxt təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, 22 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında 26 turdan sonra 67 xal toplayan "Əl-Nəsr" turnir cədvəlinə başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
4
qol.az

5Mənbələr