Bakı. Trend:-
ABŞ-nin İranla apardığı ciddi danışıqlarda prezidentin xüsusielçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner iştirakediblər.
Trend xəbər verirki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadakı Vest Palm BiçHava Limanında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ yüksək vəzifəli İran lideri ilə artıqəlaqə saxlayıb və danışıqların növbəti raundu bu gün telefonvasitəsilə keçiriləcək.
Tramp əlavə edib ki, Vaşinqton İranla bağlı əsas məqsədlərdənbiri kimi nüvə materiallarının ölkədən çıxarılmasına nail olmağaçalışır.
ABŞ Prezidenti qeyd edib ki, tərəflər arasında mühüm ortaqməqamlar və müəyyən razılıqlar mövcuddur və hazırda münaqişəninsona çatdırılması üçün real imkan yaranıb.
Eyni zamanda, "Sky News" telekanalı Trampın sözlərinə istinadənbildirib ki, İran sülh yolu ilə nizamlanma barədə razılaşmayagəlməkdə maraqlıdır.