AZ

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyinatı ilə bağlı Fransa Futbol Federasiyası (FFF) ilə şifahi razılığa gəlib.

Bizim.Media MARCA-ya istinadən xəbər verir ki, FFF prezidenti Filip Diallo artıq varisin seçildiyini təsdiqləyib.
 

Lakin o, yeni baş məşqçinin kimliyini açıqlamaq istəməyib. Federasiya rəsmisinin sözlərinə görə, boş qalan vəzifə uğrunda beş fransız mütəxəssis mübarizə aparıb.


İddiaya görə, indiki baş məşqçi Didye Deşamı DÇ-2026-dan sonra Zidan əvəzləyəcək.

53 yaşlı mütəxəssis futbolçu kimi Fransa millisində 108 oyun keçirib və 31 qol vurub. O, məşqçi kimi Madrid “Real”ını çalışdırıb.

Bizim.Media

Seçilən
42
13
bizim.media

10Mənbələr