AZ

Azərbaycan iqlimə davamlı kənd təsərrüfatına əhəmiyyətli investisiya yatırır - Nazir (FOTO)

Bakı. Trend:

Azərbaycan hökuməti iqlim dəyişikliyinə davamlı kəndtəsərrüfatı-ərzaq sistemlərinin inkişafına əhəmiyyətliinvestisiyalar yatırır.

Trend xəbər verirki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun MəmmədovÖzbəkistanın paytaxt Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiyaölkələri və Azərbaycanın iştirakı ilə "Dayanıqlı aqroekosistemlərüçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma"mövzusunda keçirilən aqrobiznes forumunda çıxışı zamanı deyib.

Nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan İtaliya və MərkəziAsiya ölkələri ilə bir çox sahələrdə səmərəli əməkdaşlıq edir.Nazir aqrar sahədə Azərbaycanda aparılan islahatlardan söz açıb,ölkədə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyatakeçirilən innovativ layihələr barədə məlumat verib. Nazir MəcnunMəmmədov əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir vərəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafıməqsədilə ardıcıl və sistemli tədbirlər görülür, aqrar sahədədövlət dəstəyi tədbirləri genişləndirilir: “Azərbaycan hökumətiiqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı-ərzaq sistemlərinininkişafına əhəmiyyətli investisiyalar yatırır. Bu investisiyalarınəhəmiyyətli bir hissəsi rəqəmsallaşdırmaya, iqlimə uyğun və ağıllıkənd təsərrüfatına yönəldilib. Dövlət dəstək mexanizmlərimiz müasirəkinçilik və bağçılıq texnologiyalarının tətbiqinə yönəlmişinnovasiya tərəfdaşlıqlarını daha da təşviq edir. Bundan əlavə,yaşıl enerji zonaları elan edilmiş Azərbaycanın işğaldan azadedilmiş əraziləri "ağıllı şəhərlər" və "ağıllı kəndlər"konsepsiyalarına uyğun olaraq yenidən qurulur və iqlimə uyğun kəndtəsərrüfatı siyasəti bu inkişafının ayrılmaz hissəsini təşkiledir”.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, kəndtəsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçünböyük potensial var və mövcud nəqliyyat infrastrukturu, azadiqtisadi zonalar və əlverişli investisiya mühitindən istifadəedilməklə aqrar sahədə əlaqələr daha da inkişaf etdirilə bilər.Forumda çıxış edən natiqlər Avropa və Mərkəzi Asiyada kəndtəsərrüfatı sistemlərinin mövcud vəziyyəti, biomüxtəlifliyinqorunması, dayanıqlı kənd təsərrüfatı istehsal sistemlərinə keçidüçün bacarıqların inkişaf etdirilməsi, sabit ərzaq təchizatı,torpaq və su idarəçiliyi, ekosistemin qorunması, inklüzivaqro-ərzaq siyasətləri, rəqəmsal həll və texnologiyalarıntətbiqinin genişləndirilməsi, bu sahədə texnologiya transferi,qabaqcıl təcrübələrin bölüşülməsi, kənd təsərrüfatına dayanıqlıinvestisiya barədə fikirlərini bölüşüb, mövzu ətrafında müzakirələraparıblar.

Forum çərçivəsində sahibkarlara praktiki əməkdaşlığınperspektivli istiqamətlərini birbaşa müzakirə etməyə imkan verənB2B görüşlər keçirilib. Tədbir davamlı işgüzar əlaqələrinmöhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı faydalılayihələrin təşviqinə yönəlib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
33
6
az.trend.az

7Mənbələr