“Borussiya Dortmund” idman direktoru Sebastyan Kellə vidalaşıb.
Msport.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Kellə müqaviləyə qarşılıqlı razılıq yolu ilə xitam verilib.
2018-ci ildən Dortmunda klubunda olan Kel 2022-ci ildən idman direktoru vəzifəsində çalışırdı. Onun dövründə (2024-cü il) “sarı qaralar” Çempionlar Liqasında finala kimi irəliləyib.