AZ

Görünməmiş qeyri-sabitlik mərhələsi başladı: İqlimlə bağlı qorxunc hesabat

Qlobal iqlim görünməmiş qeyri-sabitlik mərhələsinə daxil olub, belə ki, istixana qazlarının konsentrasiyası rekord səviyyəyə çatıb, okeanlar sürətlə isinməyə davam edir, buz örtükləri isə sürətli templə azalır.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 23 mart – Ümumdünya Meteorologiya Günü münasibətilə dərc olunan yeni hesabatında bildirilir.

Hesabata əsasən, 2015–2025-ci illər müşahidələr tarixində ən isti 11 il olub, 2025-ci il isə hava temperaturuna görə ikinci və ya üçüncü yeri tutacağı gözlənilir. Ötən il temperatur 1850–1900-cü illərin sənaye dövrünəqədərki səviyyədən təxminən 1,43 dərəcə Selsi yüksək olub.

“Əsas iqlim göstəricilərinin hər biri təhlükə siqnalı verir, – deyə BMT-nin Baş katibi Antonio Quterreş bildirib və əlavə edib ki, tarix ardıcıl on bir dəfə təkrarlanırsa, bu, artıq təsadüf deyil, hərəkət etməyə çağırışdır”.

İstiliyin 91 faizindən çoxunu udan dünya okeanı isinmə üzrə yeni rekord səviyyəyə çatıb. Son iyirmi ildə o, hər il bəşəriyyətin illik enerji istehlakının on səkkiz mislinə bərabər enerji toplayır. 2025-ci ildə okean səthinin demək olar ki, 90 faizi ən azı bir dəfə dəniz istilik dalğasına məruz qalıb.

Seçilən
9
2
publika.az

5Mənbələr