ABŞ-ın Oman Sultanlığındakı səfirliyi ABŞ vətəndaşlarını evlərində qalmağa və təhlükəsiz məkanlara sığınmağa çağırıb.
Publika.az xəbər verir ki, səfirlik bunu regionda cərəyan edən hadisələrlə əsaslandırıb və vətəndaşları evlərindən çıxmamağa və ya digər təhlükəsiz yerlərə sığınmağa, kifayət qədər ərzaq, su, dərman və digər zəruri ehtiyatları toplamağa çağırıb.
Kütləvi nümayiş keçirilən məkanlardan uzaq durmaq, rəsmi məlumat mənbələrini izləmək və yerli hakimiyyətin göstərişlərinə əməl etmək, eləcə də səfər sənədlərini əlçatan yerdə saxlamaq tövsiyə olunub.
Səfirlik əlavə edib ki, vətəndaşlar ailələri ilə daimi əlaqə saxlamalı, telefonlarını şarjlı saxlamalı və fövqəladə hallarla bağlı məlumatları almaq üçün (STEP) proqramında qeydiyyatdan keçməlidirlər.