BAKI, 24 mart. TELEQRAF
Mingəçevirdə baş verən yol qəzasında 6 nəfər yaralanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, biri “Opel” markalı olmaqla iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.