AZ

İsrail Livanın cənubundakı mühüm nəqliyyat körpüsünə zərbə endirib

Bakı, 24 mart, AZƏRTAC

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunu Qərbi Beka bölgəsi və Şuf dağları ilə birləşdirən Əl-Dalafa körpüsünə hava zərbəsi endirərək onu sıradan çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə NNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, körpü mühüm nəqliyyat arteriyası olub və İsraillə sərhəddən təxminən 30 kilometr məsafədə yerləşir.

İsrail Müdafiə Qüvvələri hücumdan əvvəl ərazi sakinlərini xəbərdar edərək onların şimala, Zahrani çayı istiqamətinə hərəkət etmələrini istəyib. Körpüyə zərbələr “Hizbullah”a silah və qüvvə daşınmasının qarşısını almaq məqsədi daşıyıb.

Seçilən
55
2
azertag.az

3Mənbələr