İsrail ABŞ və İran arasında mümkün danışıqlarda birbaşa iştirak etmir.
Redaktor.az xəbər verir ki, bu barədə "Semafor" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlarda ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner iştirak edir, zərurət yaranacağı halda vitse-prezident Cey Di Vens də prosesə qoşula bilər.
Bildirilib ki, İsrail bu prosesdə iştirak etməsə də, Vaşinqtondan müvafiq məlumatlar alır.