Bakı. Trend:
“Barselona” klubu “Yuventus”un müdafiəçisi Andrea Kambiaso iləmaraqlanır.
Trend xəbər verirki, katalonlar hər iki cinahda çıxış edə bilən universal müdafiəçiaxtarır və 26 yaşlı italiyalı futbolçu bu tələblərə uyğun namizədhesab olunur.
Kambiasonun Turin klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərqüvvədədir. Luçiano Spallettinin rəhbərliyi altında o, komandanınəsas oyunçularından birinə çevrilib.
Məlumata görə, “Barselona” son aylarda futbolçunun çıxışınıyaxından izləyir. “Yuventus” isə oyunçunu 50 milyon avrodan yüksəkqiymətləndirir və daha aşağı məbləğdə təklifləri qəbul etməyiplanlaşdırmır.
Qeyd edək ki, Andrea Kambiaso bu mövsüm Serie A-da keçirdiyi 28oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.