Hər keçən il inkişaf edən texnologiya və süni intellektin təsiri ilə bəzi peşələr öz əhəmiyyətini itirməyə başlayır. Bu peşələrin yerini süni intellekt dəstəkli asistent botlar tutur. 2026-cı ildən etibarən bəzi sahələrin lazımsız qalacağı və texnologiyaya uyğunlaşa bilməyən insanların işsiz qalma təhlükəsi ilə üzləşəcəyi proqnozlaşdırılır.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, texnologiyanın daim dəyişməsi bir çox peşənin həm məğzini, həm də iş yükünü dəyişib. Süni intellekt bəzi qruplar üçün asanlıq yaratsa da, insan əməyinə ehtiyacı azaltdığı üçün ciddi narahatlıq doğurur.
2026-cı ildə süni intellektin təsiri ilə artıq insan ehtiyacına son qoyacaq və tamamilə rəqəmsal dəstəklə çalışacaq peşələr bəlli olub:
Başlanğıc səviyyəli proqramçılar: Əvvəllər sadə bir veb-sayt və ya tətbiq interfeysi yazmaq həftələrlə vaxt aparırdı. İndi süni intellekt alətləri saniyələr ərzində xətaları düzəldir və təmiz kod təqdim edir. 2026-cı ildə sadəcə “kod yazanlar” deyil, sistem arxitekturasını quran mühəndislər ayaqda qalacaq.
Çağrı mərkəzləri (Call Center): Təkmilləşmiş səs texnologiyaları və təbii dil emalı sayəsində müştəri xidmətləri artıq daha sürətlidir. Standart problemləri həll edən təmsilçilərin yerini emosional tonlaması qüsursuz olan və heç vaxt yorulmayan rəqəmsal asistentlər alır.
Məzmun yazarları (Copywriter): Məhsul təsvirləri, qısa xəbər bülletenləri və ya texniki hesabatlar… Məlumat toplama və xülasə çıxarma işində süni intellekt artıq insanı keçib. İndi sadə “məzmun yazarı” deyil, süni intellekti idarə edən “prompt mühəndisləri” və “strateji redaktorlar” axtarılır.
Mühasibatlıq və məlumat daxiletmə işçiləri: Blokçeyn (Blockchain) və ağıllı maliyyə proqramları faktura takibi və dəftərxana işləri kimi rutin tapşırıqları tamamilə avtonom hala gətirir. Mürəkkəb risk analizlərini saniyələr ərzində edən alqoritmlər ənənəvi mühasibat üsullarını tarixə qovuşdura bilər.