AZ

“Qarabağ” Andrey Sinenkanı transfet edir? Menecerdən açıqlama

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ” Andrey Sinenkanı transfet edir? - Menecerdən açıqlama

“İmişli”nin qapıçısı Andrey Sinenkanın “Qarabağ”ın maraq dairəsində olduğu iddia edilir.

QOL.az xəbər verir ki, bu haqda məlumatı Belarus mətbuatı yayıb.

Futbolçunun agenti Dmitri Xlebosolov ölkəsinin bel.football saytına açıqlamasında “Qarabağ”ın qapıçıya maraq göstərdiyini təsdiqləyib:

“Hazırda statistikaya baxsaq, Andrey Azərbaycanın ən yaxşı qapıçılarından biridir. Mən Sinenko ilə bağlı danışıqlar aparmaq üçün “Qarabağ”ın heyətinin formalaşdırılmasında iştirak edən tanınmış agentə icazə vermişəm. Mövsümün sonunda onun daha yüksək səviyyəyə qalxması üçün bütün variantları nəzərdən keçirəcəyik”, – deyə Xlebosolov bildirib.

Qeyd edək ki, Andrey Sinenkanın yay transfer pəncərəsində klubunu dəyişəcəyi istisna olunmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
7
qol.az

8Mənbələr