AZ

Bayram günü qonşusu tərəfindən döyülən şəxs xəstəxanada öldü

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.

NOCOMMENT.az-ın məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasının həkimlərinin tibbi yardımlarına baxmayaraq, xəsarət alan 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Belə ki, Dəliməmmədli şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib. Mübahisə zamanı E.Ağalı sonuncuya xəsarət yetirib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
19
10
nocomment.az

10Mənbələr