Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, 4 vaqon gübrə (271 ton) və 1 vaqon qarabaşaq (68 ton) martın 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınacaq.
Qeyd edək ki, bu marşrutla indiyədək Ermənistana 23 min tondan çox taxıl və 700 tondan artıq gübrə daşınıb.