"Aqroservis" ASC (VÖEN – 1700382471) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Zəngilan rayonunun Ağalı kəndində pilot layihə çərçivəsində 110 ha ərazidə daxili suvarma sisteminin çəkilməsi işlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 1 025 598 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 28 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Aytən Həsənova - Satınalmalar şöbəsinin müdir müavini
[email protected]
+994 50 234 48 80
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 28 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 12 ünvanına təqdim edə bilərlər.