AZ

Baxçalı: Türkiyənin qlobal gücə çevrilməsi üçün yeni imkanlar yaranıb

BAKI, 24 mart. TELEQRAF

“Əsrlər əvvəl olduğu kimi, dövlətimizin qlobal gücə çevrilməsi üçün yeni imkanlar yaranıb. “Türk və Türkiyə Əsri” baxışı bunun üçün etibarlı yol xəritəsidir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Terrorsuz Türkiyə” hədəfi də qarşımızda duran tarixi fürsət qapısıdır. Türkiyə və region ölkələrinin davamlı və inklüziv sülhə qovuşması ilk növbədə həmrəylik, qarşılıqlı yardım, eyni qibləyə yönəlmək və eyni sırada birləşməyin bənzərsiz mükafatı və mübarizəsi ilə mümkün olacaq.

Səlcuq Dövlətinin bayrağındakı iki istiqamətə baxan qoşabaşlı qartaldan Osmanlı Dövləti və Türkiyə Cümhuriyyətinə miras qalan strateji baxış hamımıza yol göstərməlidir. Bu, bir caynağı ilə Qərbi, digəri ilə Şərqi tutan və üç qitədə geniş coğrafiyanı qoruyucu qanadları altına alan əxlaq və nəciblik rəmzidir. Bu mirasdan doğan al bayrağın geosiyasətinin önü də tam açıqdır. Sonsuza qədər mövcud olacaq Türkiyə məhz bu baxışdan doğulacaq. Bütün bunlar dünyaya yalnız paytaxt Ankaradan baxaraq həyata keçiriləcək”, - MHP lideri vurğulayıb.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr