AZ

Qəbələdə avtomobilin vurduğu piyada ölüb

Qəbələ şəhəri ərazisində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilir ki, martın 23-də saat 20 radələrində Qəbələ şəhərində Hamlet Yolçuyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 71 yaşlı Samaya Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
26
2
xezerxeber.az

3Mənbələr