AZ

Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi bayramla əlaqədar səfərə çıxan sürücülərə dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi tövsiyə edib.

bu barədə BDYPİ məlumat yayıb.

Qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

"Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edirik", - deyə məlumatda qeyd edilib.

Seçilən
14
26
anews.az

10Mənbələr