AZ

Kafe və restoranları ən çox gəlir əldə edən - 10 RAYON/ŞƏHƏR

2025-ci il üzrə Azərbaycanın rayon və şəhərlərində ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb.

 FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə bu sahədə ümumi dövriyyə 28 milyard 85 milyon 512 min manat təşkil edib.

Təqdim olunan statistikaya əsasən, iaşə dövriyyəsinin həcminə görə Bakı şəhəri 2 milyard 32 milyon 999 min manatlıq göstərici ilə liderlik edir. Siyahıda ikinci yeri 62 milyon 765 min manatla Sumqayıt şəhəri, üçüncü yeri isə 56 milyon 573 min manatla Gəncə şəhəri tutur. Naxçıvan Muxtar Respublikasında iaşə dövriyyəsi 53 milyon 717 min manat, Qəbələ rayonunda 32 milyon 499 min manat, Xaçmaz rayonunda isə 32 milyon 219 min manat təşkil edib.

Sıralamanın davamına nəzər saldıqda, Bərdə rayonunda 29 milyon 200 min manatlıq, Lənkəran rayonunda 28 milyon 156 min manatlıq, Abşeron rayonunda 26 milyon 250 min manatlıq, Şamaxı rayonunda isə 21 milyon 935 min manatlıq iaşə dövriyyəsinin olduğu bildirilir.

Seçilən
17
fed.az

1Mənbələr