AZ

Kafe və restoranları ən az gəlir əldə edən - 10 RAYON/ŞƏHƏR

2025-ci il üzrə Azərbaycanda ictimai iaşə dövriyyəsinin ən aşağı olduğu rayonların siyahısı açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iqtisadi göstəricilərin minimum olduğu bu bölgələrdə iaşə sektorunun gəlirləri digər rayonlarla müqayisədə xeyli aşağıdır.

İşğaldan azad edilmiş ərazilər nəzərə alınmadan tərtib olunan siyahıda ən aşağı göstərici Ağstafa rayonuna məxsusdur; burada iaşə dövriyyəsi 4 milyon 542 min manat təşkil edib. Ardıcıllığa əsasən, Yardımlı rayonunda 4 milyon 386 min manat, Tərtər rayonunda 4 milyon 235 min manat, Oğuz rayonunda 3 milyon 573 min manat, Zərdab rayonunda 3 milyon 525 min manat, Qobustan rayonunda 3 milyon 215 min manat, Xızı rayonunda 3 milyon 66 min manat, Lerik rayonunda 2 milyon 654 min manat, Siyəzən rayonunda isə 2 milyon 490 min manat dövriyyə qeydə alınıb.

Məlumat üçün bildirək ki, iaşə dövriyyəsinin ən aşağı olduğu işğaldan azad edilmiş rayonlarda rəqəmlər daha aşağıdır: Xankəndi şəhərində 1 milyon 271 min manat, Daşkəsən rayonunda 788 min manat, Laçın rayonunda 725 min manat, Füzuli rayonunda 173 min manat, Kəlbəcər rayonunda 166 min manat, Ağdam rayonunda isə iaşə dövriyyəsinin həcmi cəmi 66 min manat təşkil edib.

Seçilən
22
fed.az

1Mənbələr