AZ

Alzheimer diaqnostikasında yeni yanaşma » AzadMedia.az


Qanda p-tau217 zülalının analizi Alzheimer xəstəliyi-nin aşkar olunmasında bəzən yalnış müsbət nəticələr verə bilər. Lakin ikinci marker — eMTBR-tau243 əlavə edildikdə diaqnostikanın dəqiqliyi əhəmiyyətli dərəcədə artır. Bu nəticəyə Lund Universiteti və Vaşinqton Universiteti alimləri gəliblər. Tədqiqat The Lancet Neurology jurnalında dərc olunub.
Alzheimer xəstəliyi (demensiyanın ən geniş yayılmış forması) beyində iki növ zülalın — beta-amiloid və dəyişmiş tau-zülalın toplanması ilə əlaqədardır. Normalda tau zülalı sinir hüceyrələrinin strukturunu qoruyur, lakin xəstəlik zamanı dəyişərək neyronların daxilində xarakterik yığıntılar əmələ gətirir. Bu formalardan biri də qanda ölçülə bilən p-tau217-dir.
Tədqiqatçılar koqnitiv pozuntuları olan xəstələrin məlumatlarını təhlil ediblər. p-tau217 səviyyəsi yüksək olan 350 nəfərdən 341-də həqiqətən Alzheimerlə bağlı beyin dəyişiklikləri aşkarlanıb. Lakin onların bir çoxunda xəstəlik hələ açıq simptomlar mərhələsinə çatmamışdı. Nəticədə təxminən 43% hallarda test klinik meyarlara uyğun gəlməyən şəxslərdə müsbət nəticə verib.
Diaqnostikanı dəqiqləşdirmək üçün alimlər əlavə olaraq eMTBR-tau243 markerinin səviyyəsini ölçüblər. Məlum olub ki, hər iki zülalın eyni vaxtda yüksək olması xəstəliyin mövcudluğunu daha dəqiq göstərir. İki marker birlikdə istifadə edildikdə diaqnostikanın dəqiqliyi təxminən 80%-ə çatıb, yalnış müsbət nəticələrin payı isə 43%-dən 16%-ə düşüb.
Əlavə analiz göstərib ki, hər iki zülalın səviyyəsi yüksək olan insanlarda zamanla koqnitiv funksiyalar daha sürətlə pisləşir və beyində tau-zülalın yığılması daha aktiv gedir.
Alimlərin fikrincə, bu cür kombinə olunmuş qan analizi xəstəliyin mərhələsini daha dəqiq müəyyən etməyə və artıq klinik olaraq özünü göstərməyə başlayan halları erkən aşkar etməyə kömək edə bilər.
Seçilən
20
1
azadmedia.az

2Mənbələr