AZ

Milliyə çağırılmadı, həftəsonunu qumarda keçirdi

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Santos”un hücumçusu Neymar həftəsonunu qumara həsr edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu saatlarla onlayn poker oynayıb.

Məlumatda qeyd olunub ki, o, şənbə günü saat 14:30-dan 22:00-a qədər vaxtını oyunda keçirib. Bazar günü isə bu fəaliyyəti davam etdirərək 14:00-dan 23:00-a qədər oyunda olub. 

Qeyd edək ki, A seriyasında “Kruzeyro” - “Santos” oyunu bazar günü saat 16:00-da keçirildiyi halda Neymar həmin vaxt da poker turnirində iştirak edib.

Xatırladaq ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı millinin heyətinə daxil etməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
3
qafqazinfo.az

4Mənbələr