Gürcüstanda son bir neçə gün ərzində 105 xarici vətəndaş ölkədən çıxarılıb.
Bizim.Media Modern.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Miqrasiya Departamenti məlumat yayıb.
Bildirilib ki, digər aidiyyəti qurumlarla birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində 20-dən çox ölkənin vətəndaşları deportasiya olunub.
Onların arasında Türkiyə, Hindistan, Çin, Rusiya və Azərbaycan vətəndaşları da var.
Qeyd olunub ki, deportasiya edilən şəxslərin hamısına qanunvericiliyə uyğun olaraq 5 ilədək Gürcüstana yenidən giriş qadağası tətbiq edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta