AZ

Katz: “Hizubllah” təhlükəsi aradan qalxana qədər cənubi Livanda “təhlükəsizlik zonası” nəzarətimizdə olacaq

İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah” təhlükəsi aradan qaldırılanadək Litani çayına qədər cənubi Livanda “təhlükəsizlik zonası” üzərində nəzarəti öz əlində saxlayacaq.

APA xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz bəyan edib.

"IDF “Hizbullah” ilə mübarizədə Livanda tam qüvvə ilə fəaliyyətini davam etdirəcək. Cənubi Livanın təxliyyə olunmuş yüz minlərlə sakini ərazilərinin tam təhlükəsizliyi təmin olunana qədər Litani çayının cənubuna qayıtmayacaq", - o vurğulayıb.

Nazir əlavə edib ki, “Hizbullah”ın cənubi Livana silahlılar və silah daşımaq üçün istifadə etdiyi Litani çayındakı bütün körpülər partladılıb və IDF qalan körpülər və təhlükəsizlik zonasına nəzarəti əlində saxlayır.

Seçilən
14
3
apa.az

4Mənbələr