AZ

Gəray bəy obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Martın 24-də Azərbaycan teatr və kino aktyoru, rejissoru, Xalq artisti Həsənağa Turabovun doğum günüdür.Bizim.Media xatırladır ki, Həsənağa Turabov 1938-ci ildə Bakı şəhərində anadan olub.O, 31 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub.Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsər səhnəyə qoyulub.O, səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib.Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında "Vahid" ("Kəndçi qızı"), "Azər" ("Yaxşı adam"), "Hamlet" ("Hamlet"), "Lionel" ("Orman qızı"), "İsgəndər" ("Ölülər"), "Xəyyam" ("Xəyyam") xüsusilə seçilir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
bizim.media

2Mənbələr