AZ

Hörmüz blokadası bu ölkələrdə aclığı artıracaq - BMT-dən XƏBƏRDARLIQ

İran müharibəsi fonunda Hörmüz boağzının bloklanması əhalisi aclıqdan daha çox əziyyət çəkən ölkələrdə, o cümlədən Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somalidə vəziyyəti daha da acınacaqlı edəcək.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Layihələrin İdarəedilməsi üzrə Agentliyinin icraçı direktoru Jorje Moreyra da Silva deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artmasının nəticələri “münaqişədən zərər görən ölkələrin sərhədlərindən çox-çox kənara çıxır”.

Ekspert hesab edir ki, Hörmüz boğazının bloklanmasının ən ciddi təsirlərini Asiya və Afrika qitəsindəki inkişaf etməkdə olan ölkələr hiss edəcək.

“Hörmüz boğazında yaranan fasilələr enerji resurslarının tədarükünü təhlükə altına qoyur. Bu, gübrə bazarına təsir göstərir və aclıq səviyyəsinin və ya ərzaq qeyri-sabitliyinin ən yüksək olduğu ölkələrdə, o cümlədən Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somalidə ərzaq təhlükəsizliyini təhdid edir”,- o bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

Seçilən
4
1
manset.az

3Mənbələr