Rusiya İrandakı münaqişənin Xəzər regionuna yayılmasına son dərəcə mənfi yanaşacaq.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Son dərəcə mənfi qarşılayardı”, - o, İrandakı vəziyyətin gərginləşməsinin Xəzər regionuna təsiri ilə bağlı suala cavab verərkən qeyd edib.
Kremlin nümayəndəsi İsrailin Xəzər dənizi vasitəsilə İrana silah daşıyan Rusiya gəmilərinə zərbə endirməsi barədə yayılan xəbəri şərh etməyib.