AZ

Alimlər açıqladı: ağcaqanadlar insanı necə “tapır” və hücuma keçir?

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikada Corciya Texnologiya İnstitutunun tədqiqatçıları ağcaqanadların insanı necə dəqiqliklə tapdığını və hücum qərarı verdiyini izah edən mexanizmi üzə çıxarıblar.

Bizimyol.info xəbər verir ki, "ScienceDaily" nəşrinin məlumatına görə, alimlər uzun müddətdir mövcud olan bir yanlış təsəvvürü təkzib ediblər. Məlum olub ki, ağcaqanadlar ov axtararkən bir-birinə istiqamətlənmir. Əksinə, hər bir fərd tam müstəqil şəkildə hərəkət edir və xüsusi vizual və kimyəvi siqnalların birləşməsinə reaksiya verir.

Araşdırmaya əsasən, hücumun başlanması üçün əsas şərt insanın nəfəs verərkən yaydığı karbon qazı ilə müəyyən vizual siqnalların eyni anda aşkar olunmasıdır. Xüsusilə, tünd rəngli geyim və yüksək karbon qazı konsentrasiyasının birləşməsi ağcaqanadlarda ən güclü reaksiyanı yaradır.

Məhz bu anda həşəratlarda “hazırlıq mexanizmi” işə düşür, sürü halında toplaşma davranışı formalaşır və dişləməyə hazır vəziyyət yaranır.

Alimlərin sözlərinə görə, bu “siqnalların sinxronlaşması” prosesinin anlaşılması daha effektiv tələlərin hazırlanması və ağcaqanadların yaydığı təhlükəli xəstəliklərlə mübarizə üsullarının inkişafı baxımından həlledici əhəmiyyət daşıyır.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
bizimyol.info

1Mənbələr