AZ

ABŞ səfirliyi Omanda təhlükəsizlik vəziyyətinin yaxşılaşdığını açıqladı

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Omandakı səfirliyi ölkədəki amerikalılar üçün sığınacaqlarda qalmaqla bağlı tövsiyəni ləğv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumat diplomatik nümayəndəliyin rəsmi saytında dərc olunub.

Bildirilib ki, ABŞ səfirliyi paytaxt Muskatda sığınacaq rejimini aradan qaldırıb. Bununla belə, səfirlik əməkdaşlarının hərəkəti hələlik diplomatik nümayəndəliyin yerləşdiyi ərazidən 50 km radiusla məhdudlaşdırılır.

Diplomatik nümayəndəlik qeyd edib ki, Omanın digər bölgələrində olan ABŞ vətəndaşları hələ də ehtiyat tədbirlərinə riayət etməli və yerli hakimiyyət orqanlarının tövsiyələrini izləməlidirlər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərlərini hədəf alıb. Ağ Ev hücumları Tehrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhlükəsi ilə əsaslandırıb.

Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı əks-əməliyyat başladığını bəyan edərək İsraildəki hədəflərə zərbələr endirib. Eyni zamanda, ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdakı obyektləri də hücumlara məruz qalıb.

İrana endirilən zərbələr nəticəsində ölkənin ali lideri Əli Xamenei və İslam Respublikasının rəhbərliyində yer alan bəzi digər mühüm şəxslərin həlak olduğu bildirilir.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
bizimyol.info

1Mənbələr