Qəbələdə piyadanı avtomobil vurub.
Martın 23-də saat 20 radələrində Qəbələ şəhərində Hamlet Yolçuyevin idarə etdiyi "KİA" markalı avtomobil yolu keçən piyada, 71 yaşlı Səmayə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.