
Məhəmməd Bağer Zolqədr İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin prezident administrasiyasının kommunikasiya şöbəsinin müdiri Məhəmməd Mehdi Təbatəbai sosial mediada məlumat yayıb.
Təbatəbai aydınlıq gətirib ki, Zolqədrin namizədliyi İranın Ali Lideri Müctəba Xamenei tərəfindən təsdiqlənib. Prezident Məsud Pezeşkyanın fərmanı ilə o, Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.