AZ

Pinqvin in sorağı Avropa və Amerikadan gəldi Video+Fotolar

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Lətifə yeni musiqi layihəsini – “Sən mənim Penguenimsin” dünya mediasının diqqətini çəkib. 

Axşam.az xəbər verir ki, Portuqaliya, Fransa və bir neçə Avropa ölkəsində maqazin səhifələri mahnı ilə bağlı paylaşım edib. 

“Sən mənim Penguenimsin” layihəsi artıq lokal səhnənin çərçivələrini aşaraq qlobal media məkanında öz yerini inamla tutmağa başlayıb. Bu gün bu layihə haqqında təkcə dinləyicilər deyil, dünyanın müxtəlif ölkələrindən — Portuqaliya, Amerika və Böyük Britaniyadan olan strimerlər, bloqerlər və musiqi tənqidçiləri də danışır. Bu, sadəcə bir mahnı deyil,bir hadisədir. Onun səsində 1980-ci illərin incə estetikasının nəfəsi duyulur və bu, dinləyicini musiqinin hələ də canlı, dərin və həqiqi olduğu bir hissə qaytarır. Bu, sadəcə dinlənilən deyil, hiss edilən musiqidir. Layihənin vizual tərəfi də xüsusi diqqət çəkib. Bir çoxları klipi bədii, hətta sənədli film estetikasına bənzədir. Məhz buna görə getdikcə daha çox fikir səslənir ki, “Pinqvin” güclü hekayələrin bir hissəsi olmaq üçün ideal musiqidir" deyə, Lətifə mahnını komersiya məqsədiylə oxumadığını açıqlayıb:

"Bu, daxili hissdən doğan, ruhdan gələn bir işdir. Bu layihə insanın daxilindəki səsi, sevgini və görünməz bağları ifadə edir. Və bəlkə də məhz buna görə o, dünyanın hər yerində insanların qəlbinə toxuna bilir. Bu, yolun başlanğıcıdır".

Qeyd edək ki, mahnının müəllifi Güneldir. Klipin rejissoru İlona, musiqi direktoru Günel Sərdarkızıdır. Ekran işi üzərində həmçinin dirijor və geniş yaradıcı heyət çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
axsam.az

1Mənbələr