AZ

Şamaxıda gələcəyə açılan qapı müasir Avropa liseyi

ain.az bildirir, Azertag portalına istinadən.

Şamaxı, 24 mart, AZƏRTAC

Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas və dəyişməz prioritetlərindən biridir. Bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar, qurulan müasir təhsil ocaqları ölkənin gələcəyinə qoyulan ən dəyərli sərmayədir. Şamaxıda fəaliyyət göstərən Avropa liseyi də belə müasir elm ocaqlarından biridir.

AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin əməkdaşı Anar Osmanov bildirib ki, liseyin yerləşdiyi əvvəlki bina hələ 1937-ci ildə inşa olunmuşdu. 1987-ci ildə yenidən qurulmasına baxmayaraq, zaman keçdikcə bina istifadəyə yararsız vəziyyətə düşmüşdü. Məhz bu səbəbdən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yeni, müasir standartlara cavab verən lisey binası inşa edilib.

Bu gün üç və dördmərtəbəli 7 korpusdan ibarət, 1200 şagird yerlik lisey rayonun ən böyük və ən müasir təhsil müəssisələrindən biri kimi fəaliyyət göstərir. Məktəb zəruri mebel və avadanlıqlarla təmin olunub, fənn kabinetləri və laboratoriyalar şagirdlərin istifadəsinə verilib.

Paytaxt Bakı ilə yanaşı, regionlarda da belə müasir təhsil ocaqlarının yaradılması yalnız binaların yenilənməsi deyil, həm də gələcəyə açılan qapıdır. Bu məktəblər ucqar bölgələrdə yaşayan uşaqlara böyük şəhərlərlə eyni səviyyədə təhsil almaq imkanı yaradır, onların elmə marağını artırır.

Müxbir-Rəşad Türkoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
azertag.az

3Mənbələr