AZ

Mikroavtobusla yük maşını toqquşdu - Çox sayda ölənlər var

Perunun cənubundakı Arekipa-Puno magistral yolunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə "Diario Correo" nəşri yerli polisə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 11 nəfər hadisə yerində ölüb. Daha iki zərərçəkən xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır, magistralın həmin hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Seçilən
81
moderator.az

1Mənbələr