AZ

Çin sualtı müharibəyə hazırlaşır l FOTOLAR

Çin Xalq Respublikası Sakit, Hind və Şimal Buzlu okeanlarında sualtı mühitin xəritələşdirilməsi və monitorinqi üzrə genişmiqyaslı proqram həyata keçirir.

Azvision.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentliyin yazdığına görə, toplanan məlumatlar ABŞ və onun müttəfiqləri ilə mümkün hərbi qarşıdurma halında strateji əhəmiyyət kəsb edə bilər.

Məlumata əsasən, Çin Okeanologiya Universitetinə məxsus Dong Fang Hong 3 elmi-tədqiqat gəmisi 2024–2025-ci illərdə Tayvan və Quam ətrafında, eləcə də Hind okeanının strateji ərazilərində fəaliyyət göstərib.



Qeyd olunur ki, gəmi 2024-cü ilin oktyabrında Yaponiya sahilləri yaxınlığında sualtı obyektləri müəyyən edən sensorları sınaqdan keçirib, 2025-ci ilin martında isə Şri-Lanka və İndoneziya sahilləri boyunca marşrutlar icra edib.

Agentliyin məlumatına görə, bu gəmi daha geniş proqramın tərkib hissəsidir. Proqram onlarla elmi-tədqiqat gəmisini və yüzlərlə sensoru əhatə edir.

Ekspertlərin fikrincə, sözügedən tədqiqatlar balıqçılıq və faydalı qazıntıların kəşfiyyatı kimi mülki məqsədlər daşısa da, eyni zamanda hərbi məqsədlər üçün də istifadə oluna bilər.

ABŞ Hərbi Dəniz Kollecinin professoru Ryan Martinson bildirib ki, Çinin bu istiqamətdə fəaliyyəti ABŞ-ın okean əməliyyatları üzrə mövcud üstünlüyünü zəiflədə bilər.





Səbinə Həsənova
AzVision.az

Seçilən
1
10
azvision.az

10Mənbələr