AZ

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə Aşağı Quşçu kəndində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Tovuz rayonu Qovlar şəhər sakini, 1990-cı il təvəllüdlü R. Həsənov hadisə yerində dünyasını dəyişib. Röyal Həsənov taksi fəaliyyəti ilə məşğul olurmuş.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.




Məqsəd Rəhimov,Bizim.Media, Qərb bürosu

Seçilən
11
1
bizim.media

2Mənbələr