İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann doğulduğu Norveçin Time şəhərinin bələdiyyəsinə bahalı kitab hədiyyə edib.
"Far.Az"un "Stavanger Aftenblad"a istinadən məlumatına görə, təcrübəli forvard atası Alfi ilə birlikdə Snorre Sturlasonun 1594-cü ildə nəşr olunmuş "Kral Dastanları" kitabının nadir nüsxəsini satın alıb.
Kitabın dəyəri 1,3 milyon Norveç kronu (təxminən 135 min dollar) təşkil edib. Holann böyük mütaliə həvəskarı olmadığını etiraf etsə də, doğma yurdunun tarixi irsini qorumağın onun üçün vacibliyini bildirib.
Qeyd edək ki, bu Norveçin ən bahalı kitabı hesab olunur. Nadir nüsxə 27 yaşlı hücumçunun doğulub boya-başa çatdığı Time bələdiyyəsində qorunub saxlanılacaq.