AZ

Xırdalan sakini Abdin Fərzəliyevi ittiham etdi

Xırdalan şəhər sakini Aşurova Mehbarə Əli qızı Abşeron Rayon İcra hakimiyətindən şikayətçidir.


Ne
ws365.az xəbər verir ki, şikayətçi evinə yaxın ərazidə qanunsuz tikinti aparıldığını iddia edib:

“Xırdalan şəhər Heydər Əliyev prospekti 20-də yaşayıram. Mən çıxılmaz vəziyyətdə qalmışam. Evimin bünovrəsini qazırlar. Bu bizim üçün böyük təhlükədir.  Hər an faciə yaşana bilər. Burada mən 5 uşaq saxlayıram. Lakin onlar bizim həyatımız üçün təhlükə yaradır. Bu işi görənlərə etirazımı bildirdim. Bəlli oldu ki, onların bu işi görmək üçün heç bir sənədi yoxdur. Tikinti qanunsuzdur. Amma onalr işi dayandırmırlar”.

Mehbarə Aşurova  aidiyyatı qurumlara da müraciət etdiyini bildirib.:

“Bu işlə əlaqdədər Abşeron rayon memarı Kənan müəlimin qəbuluna getmişəm. Əvvəlcədən ərizə ilə müraciət etməyimə və qəbul günü olduğuna baxmayaraq, məni qəbul etmədilər. Özü də orada idi. Çox gözlədikdən sonra məcburiyyətdən çıxıb getdim. Sonradan işi görənlər mənə bildirdi ki, onlara bu işi görmək üçün elə Kənan müəllim icazə verib. Özü də deyib ki, bayram günlərində işi görüb, bitirin. Belə etsəz bayram olduğu üçün vətəndaşın şikayətinə heç bir qurum baxmayacaq. Həqiqətən də nə  İcra hakimiyyəti, nə də başqa qurum mənim səsimə səs vermir.

Üzümü tuturam ölkə rəhbərliyinə Cənab Prezident, xahiş edirəm bu məsələnin həllində mənə kömək edəsiz. Demirəm tikinti tamam dayandırılsın evimlə lazimi məsafə saxlanılsan bu mənə kifayətdir”.

Daha ətraflı bu videoda

Seçilən
37
news365.az

1Mənbələr