İran İsrailin Cənubi Pars yatağına hücumundan sonra Türkiyəyə qaz ixracını dayandırdı.
News365.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, Türkiyə qaz ehtiyacının təxminən 14%-ni İrandan təmin edir. Lakin bu itkini qısa müddət ərzində Rusiya, Azərbaycan və mövcud ehtiyatlar hesabına kompensasiya edə bilər.
Kəsintinin nə qədər davam edəcəyi isə hələ məlum deyil.